gulshanalizada tərəfindən göndərildi | Dekabr 27, 2015

Arılıqbinə məbəd kompleksi

Arılıqbinə məbəd kompleksi

Arılıqbinə monastır kompleksi

Arılıqbinə məbəd kompleksi — Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.

Arılıqbinə məbəd kompleksi

gulshanalizada tərəfindən göndərildi | Avqust 7, 2015

Arğalı türbəsi

Arğalı türbəsi

Arğalı türbəsi

Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşir. Arğalı türbəsi əkin üçün yararlı оlan düzən sahədədir. Memarlıq və kоnstruksiya baxımından bu türbə Babı türbəsi ilə bir оxşarlıq təşkil edir. Babı türbəsində оlduğu kimi, Arğalı türbəsinin də planı səkkizbucaqlı həll оlunduğundan оnun həm gövdəsi, həm də künbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq memarlıq və kоnstruksiya baxımından Arğalı türbəsini Babı türməsindən fərqləndirən bəzi cəhətlər də vardır. Məsələn, Babı türbəsinin künbəzi birqat оlduğu halda Arğalı türbəsinin künbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla dоldurulub. Türbənin şimal tərəfində qоyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qоyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib.

Davamını oxu…

gulshanalizada tərəfindən göndərildi | İyul 29, 2015

Ağа Mikayıl hamamı

Ağа Mikayıl hamamı

Ağа Mikayıl hamamı

İçərişəhərin tarixi-memarlıq abidəsi olan Ağа Mikayıl hamamı XVIII əsrdə inşa olunub. Uzaq tarixi keçmişimizdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı kimi tanınıb. O zaman Bakı səyyahların diqqət mərkəzində idi. Əslən Şamaxıdan olan Ağа Mikayıl ötən əsrlərdə İçərişəhərdə varlı şəxslərdən biri kimi tanınıb. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Ağа Mikayıl öz vəsaiti hesabına İçəri şəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində, yaşadığı mülkün yaxınlığında İçərişəhər camaatı ilə yanaşı, Bakıya gələn insanların rahatlığı üçün hamam binası tikdirib.

Ağа Mikayıl hamamı iki otaqdan ibarətdir. Üzərində qoşa günbəz olan bu otaqlar səkkizbucaqlı salonun ətrafında cəmləşib. Hamamın xüsusi külxanası-ocaqxanası var. Əvvəllər hamam odun, mazut və neftlə qızdırılardı. Daş döşəmədə vaxtı ilə olan kiçik yarıqlar otaqlara həm də istilik verərdi. Döşəmədən keçən isti buxar sonradan hamamın bacasından bayıra çıxardı. İndi də hamamın romb fiquru formasında tikilən bacası möhkəmliyi ilə diqqəti cəlb edir. Deyilənə görə, burada otaqlar arasında yaranan buxar soyunub-geyinmə salonuna keçə bilməzdi. Hamamın suyunu qızdıran ocaqdan çıxan isti hava isə kanallar vasitəsilə döşəmənin altına buraxılardı. Nəticədə hamamın daxilində istilik təmin edilərdi.

Davamını oxu…

gulshanalizada tərəfindən göndərildi | İyul 12, 2015

Ağoğlan türbəsi

Ağoğlan türbəsi

Ağoğlan türbəsi

Ağoğlan türbəsi — Sədərək rayonunun Sədərək kəndinin şimalında ziyarətgahdır. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağşəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqəddəs və şəfaverici hesab edilir.

gulshanalizada tərəfindən göndərildi | İyul 4, 2015

Abbasabad qalası

Abbasabad qalası

Abbasabad qalası

Abbasabad qalası — Naxçıvan şəhərinin 6 km. cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala.

Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri var. Qala divarlarının hündürlüyü 4 m. 30 sm, qalınlığı 60 sm. idi. Qala hər tərəfdən 10 m. enində arxla əhatə olunmuşdu.

Abbasabad qalası hərbi zərurətdən yaranmış bir оbyekt оlmuşdur. Birinci Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran kоmandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi оla biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi.

Davamını oxu…

gulshanalizada tərəfindən göndərildi | Aprel 1, 2015

31 марта – День геноцида азербайджанцев

31 марта – День геноцида азербайджанцев

gulshanalizada tərəfindən göndərildi | Yanvar 30, 2015

İnsan alveri – Müasir köləlik

İnsan alveri – Müasir köləlik

Qaradağ rayonu 320 saylı tam orta məktəbdə məktəbin tarix müəllimi Əlizadə Gülşən və Uşaq Birliyinin Rəhbəri Əliyeva İlahənin təşkilatçılığı ilə “İnsan alveri – Müasir köləlik” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd tədbir iştirakçılarına insan alveri ilə bağlı məlumat vermək, tədbir iştirakçılarının timsalında hər kəsi insan alverinə qarşı mübarizə aparmağa səsləmək idi. Tədbirdə insan alveri ilə bağlı verilən məlumatlarla  yanaşı, şagirdlərin hazırladıqları səhnəciklər, özlərinin yazdıqları şeirlər, bəslədikləri musiqi nömrəsi olduqca təsirli idi. Tədbirin sonunda “Satılmış həyat” adlı film izlənildi. Məktəb müdiriyyəti və müəllim kollektivi tədbirin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir şagirdimizə bu cür həssas məsələ ətrafında həmrəy olduqlarına görə xüsusi təşəkkürünü bildirir.

Əlizadə Gülşən

İnsan alveri – Müasir köləlik

İnsan alveri - məktəb 320

məktəb 320 - 9ç sinfi

məktəb 320


gulshanalizada tərəfindən göndərildi | Noyabr 20, 2014

Arsax-Xaçın knyazlığı

Arsax-Xaçın knyazlığı

XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən Tərtər çayının hövzələrində yerləşirdi. Alban Mehranilər sülaləsinin nümayəndələrindən, xələflərindən biri Həsən Cəlal (1215-1261) bu knyazlığın hökmdarı idi. Həsən Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının hökmdarı olmuş  Həsən Cəlalın vaxtilə hökmranlıq etmiş  alban Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) əlaqəsi, həm də böyük bir dövr ərzində – VII əsrdən XIII əsrədək alban hökmdarının siyasi hakimiyyətinin varisliyi izlənməkdədir. Həsən Cəlal Xaçın və qismən Arranın suveren knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın hökmdarı erməni, gürcü və fars sinxron (eyni dövrə aid olan) mənbələrdə, habelə epiqrafik yazılarda ali titullarla qeyd olunmuş, “knyazlar knyazı”, “əzəmətli, parlaq hökmdar”, “Xaçın ölkələrinin knyazı”, “Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı”, “çar”, “Albaniya çarı”, “Albaniyanın əzəmətli sahibi”, “tacdar” adlandırılmışdır. Həsən Cəlal özünü “mütləq hökmdar” titulu ilə nəzərə çatdırırdı. Qanzasar məbədinin daşüstü yazısında oxuyuruq: “Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı”. Bu hökmdarın ən təmtəraqlı titulu Qanzasar monastırında, 1240-cı ildə tərtib olunmuş  daşüstü yazıda göstərilmişdir: “Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı Həsən Cəlal…”. 

Davamını oxu…

gulshanalizada tərəfindən göndərildi | Oktyabr 18, 2014

Qarabağın xristianlıq tarixi

Qarabağın xristianlıq tarixi

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan – Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər – alban xristian dini abidələri yaradılmışdır.
Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu həmişə və hər yerdə eyni olmamışdır.
Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur.
Zaman və dövrün təsirindən asılı olaraq, müxtəlif həyat tərzi, dini ideologiya mövcud olmuş, bununla əlaqədar mənəvi mədəniyyətin fərqli xüsusiyyətləri meydana çıxmışdır. Azərbaycanın digər ərazilərindən fərqli olaraq, Qarabağ ərazisində dini ayrılığın davam etməsi bölgədə sonralar böyük dəyişikliklərin yaranmasına gətirib çıxarmışdır. Albaniyada xristianlığın müsəlmanlıqla əvəz olunduğu zaman Qarabağın dağlıq ərazisində yaşayan və xristianlıq dini ideologiyasına etiqad etməkdə davam edən avtoxton albanların xristian olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür. Onlar yerli xristian albanları qriqoryanlaşdıraraq, assimilyasiya etmiş, hayklar adlandırmış, ərazini isə “hayk ölkəsinin bir hissəsi” kimi qələmə vermişlər.
Beləliklə, tədqiqatlar Yuxarı Qarabağın maddi və mənəvi mədəniyyətinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu aydın şəkildə göstərir və bu barədə əks fikirlərin əsassız olduğunu sübut etməyə əsas verir.

Qarabağda olan alban abidələri:

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.
Həmin abidələr sırasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırlarını göstərmək olar.
Ağoğlan monastırı – Azərbaycan Respublikası, Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Ağoğlan məbədi V – VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna – monastıra uyğunlaşdırılıb. Möhkəm bazalt daşdan tikilmiş bu monastr məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur.

Ağoğlan monastırı Xudavəng monastırı
Xudavəng monastr kompleksi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xotavəng və ya Xudavəng monastr kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsələrindən fərqlənir.
Müqəddəs Yelisey Məbəd kompleksi Dağlıq Qarabağın Ağdərə rayonunda yerləşib. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilib və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılıb, başqa yerlərə aparılımışdır. Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökmdarı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. Həmin kompleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.

Müqəddəs Yelisey Məbəd kompleksi Gəncəsər monastırı
Qandzasar monastr kompleksi isə Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş monastr dinin baş xəzinəsi mənasında Gəncəsər adlanlandırılıb”.
Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.
Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: “… Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi”– Şərqi Ermənistan adlandırırlar”. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.

gulshanalizada tərəfindən göndərildi | Oktyabr 15, 2014

Qarabağda yaşamış türk soylu tayfalar

Qarabağda yaşamış türk soylu tayfalar

Qarabağın müəyyən bir hissəsi vaxtilə Uti adlandırılmışdı. Bu həmin ərazidə məskunlaşan Uti tayfalarının yaşadığını sübut edir. «Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş ərazidə məskunlaşmışdılar.  Qarqarlar da Qarabağın etnik  tərkibinə daxil idilər». Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlandırılmışdır.

Mənbələrdə qeyd olunur ki, Qarabağın ərazisi Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniyanın ərazisinə Uti və Arsax vilayətləri də daxil idi. «Ərəb işğalından sonra əsasən düzənlikdə yerləşən Uti Arran, Arsax isə Ağvan adlandırılmağa başlandı».  Tarixən məlumdur ki, Albaniyanın Kür çayından cənubdakı ərazisi dörd vilayətə – Arsax, Uti, Paytakaran və Sünik vilayətlərinə bölünürdü.

Yeri gəlmişkən bir neçə kəlmə Arsax haqqında. «Arsax erməni adı deyildi… Ona görə ki, … burada heç vaxt bir erməni olmamışdır… Arsax Türk mənşəlidir və «Dünyanın qərb hissəsi deməkdir». Arsax Qarabağın Dağlıq və Mil düzünün bir hissəsini əhatə edirdi. Arsax 12 əyalətə bölünürdü. Bunu alban tarixçisi M.Kalankatlı və VII əsr coğrafiyaşünasları da təsdiq edirlər. Onlar da Arsaxın əhalisinin bir mənalı olaraq albanlardan ibarət olduğunu təsdiq edirlər. Arsax I-VI əsrlərdə Albaniya Arşakilərinin, VI-VIII əsrlərdə isə Mehranilərin hakimiyyəti altında olmuşdur. IX əsrdə ərəblər Mehranilərin hakimiyyətinə son qoyaraq Arsaxı – Qarabağı Xilafətin tərkibinə daxil etdilər.

Davamını oxu…

Older Posts »

Kateqoriyalar