gulshanalizada tərəfindən göndərildi | Fevral 18, 2013

Ümummilli lider – Heydər Əliyev

Ümummilli lider – Heydər Əliyev

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.‎

‎1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq ‎Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş ‎və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə ‎sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər ‎yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-‎Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirmişdir.‎

Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. ‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin ‎rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində ‎SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti ‎sədrinin müavini olmuşdur.‎

Heydər Əliyev 1987-ci ilin oktyabrmda Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎vermişdir.‎

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ‎qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ‎ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində ‎bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı ‎törədilmiş cinayətin təşkilatçıları və icraçılarının ‎cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda ‎yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ ‎rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ‎ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının ‎sıralarını tərk etmişdir.‎

‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, ‎həmin ildə də Azərbaycan Ali Sovetinə deputat ‎seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. ‎Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ‎Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında ‎partiyanın sədri seçilmişdir.‎

‎1993-cü ilin may-iyununda hökumət böhranının son ‎dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin ‎baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi ‎yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin ‎hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. ‎Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi ‎rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər ‎Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin ‎sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə ‎Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini ‎həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev ‎Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci ‎il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində ‎keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ‎yenidən Azərbaycan Respublikasının Prezidenti ‎seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident ‎seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq ‎vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə ‎əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.‎

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, ‎müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və ‎digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, ‎dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu ‎medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi ‎Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden ‎və medalları ilə təltif olunmuşdur.‎

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎

O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri ‎olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna ‎görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb ‎etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin ‎heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti ‎istər ölkə, istərsə də dünya mətbuatında geniş ‎işıqlandırılmışdır.‎


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: