gulshanalizada tərəfindən göndərildi | Mart 16, 2013

Təhsil millətin gələcəyidir

Təhsil millətin gələcəyidir

“Təhsil millətin gələciyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.  Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir.

Heydər Əliyev SSRİ dövründə – XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görmüşdür. O, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Həmçinin bu illərdə o, azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bununla bağlı böyük səy göstərmişdir. Elə bu səyin nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir.

Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görürük ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bununla yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar oradan uzaqlaşdırılaraq peşakar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1 – 4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998-ci il martın 30-da Təhsil Naziri Misir Mərdanovun sədrliyi ilə Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998-ci ildə birinci qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika  Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası  və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli,  ““Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Hal-hazırda da ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.

                                                                                                                                                                                                                             Gülşən Əlizadə

ümummilli lider ulu öndər H.A

Haydar Aliyev ulu öndər

 


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: