gulshanalizada tərəfindən göndərildi | Mart 30, 2013

TARİXİMİZƏ VERİLƏN DƏYƏR

TARİXİMİZƏ VERİLƏN DƏYƏR

Vətənimiz  XIX yüzilliyin əvvəllərində iki imperiya (İran və Rusiya) arasında bölüşdürüldükdən sonra Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə – İrəvan, Naxçıvan və Qarabağa köçürülən ermənilər hər zaman xalqımıza qarşı məkirli siyasət yeritmiş, amansız vəhşiliklər törətmişlər. Terrorçu erməni təşkilatı olan “Daşnaksütyun” partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920 və 1988-1994-cü illərdə erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar bu söylədiklərimizə əyani sübutdur.

1918-ci ildə Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevirilmiş  “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi erməniləri xüsusən də Stepan Şaumyan başda olmaqla Bakı Sovetini ciddi narahat edirdi. Beləliklə, ermənilər Azərbaycanda soyqırım törətməklə həm “Müsavat” partiyasının sosial bazasını zəiflətməyə, həm də Azərbaycan milli hərəkatına divan tutmağa çalışdılar. 1918-ci il martın 30-dan başlayaraq Azərbaycanın müxtəlif yerlərində – Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Hacıqabulda və s. ermənilər olmazın vəhşiliklər törədərək azərbaycanlıları qətlə yetirdilər, ictimai binaları və mədəniyyət abidələrini məhv etdilər. Erməni vəhşiləri Bakıda “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarəsini top atəşi ilə dağıtmışdılar. Azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın bildirdiyinə əsasən onlar Bakıda Mart qırğını zamanı 25 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. S.Lalayans və T.Əmirovun rəhbərliyi ilə daşnak dəstələri və rus-molakan kəndliləri Şamaxı əhalisinə qanlı divan tutaraq 8 minə qədər dinc sakini qətlə yetirmiş, 72 kəndi dağıtmış, Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələrini yandırmış və uçurmuşlar. Daşnak dəstəsinin komandiri Hamazaspın rərbərliyi ilə Qubada 30 minə yaxın adam öldürülmüş, 122 kənd yandırılmışdır. Zəngəzur qəzasında 115 müsəlman kəndinin əhalisi qırılmış, əmlakları talan edilmişdi. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir.

Mart soyqırımının qurbanları.Bakı Müsəlman xeyriyyə cəmiyyəti binasının – İsmailiyyənin (hal-hazırda, AMEA-nın prezidiumu) mart soyqıqımı zamanı yandırılması.

Kaspi qəzetinin Nikolayevski (müasir İstiqlaliyyət) küçəsində binası Mart hadisələrində baş vermiş yanğından sonra.Quba soyqirimı 1918

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, 1919 və 1920-ci ilin mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülülmüş soyqırıma tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.  Azərbaycan Xalq Cümhuriyyətindən sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma layiqli tarixi qiyməti ulu öndərimiz Heydər Əliyev vermişdir. Heydər Əliyev 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları tarixin yaddaşında saxlamaq üçün xüsusi fərman verdi. Fərmanda deyilirdi:

“Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1. 31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 1998-ci il”

Gülşən Əlizadə


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: