gulshanalizada tərəfindən göndərildi | May 28, 2013

28 May – Respublika günü

28 May – Respublika günü

28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin , onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.  

Gülşən Əlizadə


Responses

  1. cox sagolun

  2. Tewekkur edirem melumata gore )) Men de jurnalistem )) Ve Dovletimizin tarixini unutmayib, awiladiginiz ucun minnetdaram )) Yazan elleriniz var olsun🙂

  3. Vallah halaldır.Çox sağolunki bunu buraya qeyd etmisiniz.Mənə çox kömək oldu.bunu bura qoyanı əllərindən öpürəm…..😢👒👑👞👟🔰💄👗👖👘👚👔🍴🍺🗽⛲⛲🏤🏥🏧🏨♍⌛🔚😃💟💚👄💛💜👣👄👅💋💝💘

  4. men sagirdem.Divar qezeti ucun melumat topladim.coc sag olun

    • Cox sagolun sabaha inwam var idi catdirib yaza bilmemiwdim cox komey oldu

  5. Tesekkurler

  6. Cox tessekkurler insallah verdiyin melumatlardan sonra “5”alaram

  7. cox sagolun minnetdaram mekteb insam ucn komek oldu

  8. cox sagolun insama komek etdi insallah 5 alaram

  9. Tewekkurler mende geleceyin bir jurnallistiyem ve bundanda cox meqaleleri uze cixaracagima inaniram melumata gore tewekkurler

  10. cox sagolun insa dimisdiler yadim

  11. Men 215 nomreli mektebin 5c sinifinde oxuyuram divar qezeti ucun lazim idi. Yazan elleriniz var olsun

  12. Men 215 nomreli mektebin 5c sinifinde oxuyuram.Divar qezeti ucun mene de lazim idi.Yazan elleriniz var olsun.

  13. men size tesekkur edirem

  14. Super😄😄😄😄

  15. Çox saw olub arzu qaldim. Mellimeye mutleq Mene 5de5verecek saw olun.😃😃😃😍😍😍😘😘😘😘😘👧👧👧👍👍👍👍✍✍✍✍✍💟💟💟💟💟💟💟🌍🌍🌍🌍🌍

  16. sizin sayenizde 5 alaram inwallah cox gozel yazmisiniz ellerinie sagliq


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: