gulshanalizada tərəfindən göndərildi | Sentyabr 20, 2013

“Neftçilər günü”

“Neftçilər günü”

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir. Hər il Azərbaycanda 20 sentyabrın “Neftçilər günü” kimi qeyd olunması 1994-cü il 20 sentyabrda imzalanmış “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm tarixi bir gündür. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalandı. Bu müqavilənin imzalanması ilə Azərbaycanın iqtisadi inkişaf tarixində şanslı səhifə açılmış oldu. Azərbaycan ilk dəfə idi ki, 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında 8 ölkəni (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) təmsil edən dünyanın məşhur 13 şirkət ilə (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) “Əsrin müqaviləsi” adlı belə böyük miqyasda saziş imzalayırdı.  Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik, 4 dildə tərtib edilmiş bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı. Bu saziş Xəzər dənizində beynəlxalq  əməkdaşlığın  əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. 1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz  əməliyyatlarının idarə edilməsi və  əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Bu müqavilənin imzalanması ilə Azərbaycan dövləti bir çox Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz problemlərinə cəlb edə bildi. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir. 


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: