gulshanalizada tərəfindən göndərildi | Oktyabr 5, 2013

Beynəlxalq Müəllimlər günü

Beynəlxalq Müəllimlər günü

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. 1993-cü ildən başlayaraq “Müəllimlər günü” ölkəmizdə də qeyd olunur. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən antik yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar. Həyatı məhz müəlliminin ona bəxş etdiyini deyən Makedoniyalı İsgəndər, alimin mürəkkəbini şəhidin qanına bərabər tutan , başqalarına elm öyrətməyi dini vacibatlarından üstün qiymətləndirən ulu peyğəmbərimiz Məhəmməd (s.a.v.), ona bir hərif öyrədənin qulu olmağa hazır olduğunu bildirən Həzrəti Əli, müəllimi Günəşə bənzədən Nizami Gəncəvi, onu ruhani ata hesab edən Nəsirəddin Tusi, müəllimi camaatın çırağı adlandıran Firidun bəy Köçərli, bəşəriyyətin müəllimsiz keçinə bilmədiyini dəyən Sultan Məcid Qənizadə, “Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni müəllimlərdir” deyən Mustafa Kamal Atatürk və nəhayət “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən ulu öndərimiz Heydər Əliyev.

Əlizadə Gülşən

Beynəlxalq Müəllimlər günü


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: