gulshanalizada tərəfindən göndərildi | Noyabr 20, 2013

Qarakənd faciəsi

Qarakənd faciəsi.

Xalqımızın layiqli övladlarının həyatlarını itirdiyi Qarakənd faciəsindən 22 il ötür. 1991-ci il noyabrın 7-də Bakıda Dağlıq Qarabağda gedən müharibə ilə bağlı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Həmsədrlər görüş zamanı qərara aldılar ki, onlar hadisələri öz gözləri ilə görmək üçün Xankəndinə getsinlər. Onlar əvvəlcə Ağdama, sonra isə helikopter ilə Xocavənd istiqamətində Xankəndinə getdilər. 1991-ci il noyabrın 20-də saat 14:42 də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığıda, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycan hərbi helikopteri Mİ-8 N72 erməni hərbiləşdirilimiş dəstələri tərəfindən vuruldu. Bu hadisə Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biridir. Bu faciə nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak oldular. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də vardı. Qəzada ümumilikdə 22 nəfər həlak olub.

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri

Alı Mustafa oğlu Mustafayev – telejurnalist  Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: