gulshanalizada tərəfindən göndərildi | Oktyabr 15, 2014

Qarabağda yaşamış türk soylu tayfalar

Qarabağda yaşamış türk soylu tayfalar

Qarabağın müəyyən bir hissəsi vaxtilə Uti adlandırılmışdı. Bu həmin ərazidə məskunlaşan Uti tayfalarının yaşadığını sübut edir. «Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş ərazidə məskunlaşmışdılar.  Qarqarlar da Qarabağın etnik  tərkibinə daxil idilər». Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlandırılmışdır.

Mənbələrdə qeyd olunur ki, Qarabağın ərazisi Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniyanın ərazisinə Uti və Arsax vilayətləri də daxil idi. «Ərəb işğalından sonra əsasən düzənlikdə yerləşən Uti Arran, Arsax isə Ağvan adlandırılmağa başlandı».  Tarixən məlumdur ki, Albaniyanın Kür çayından cənubdakı ərazisi dörd vilayətə – Arsax, Uti, Paytakaran və Sünik vilayətlərinə bölünürdü.

Yeri gəlmişkən bir neçə kəlmə Arsax haqqında. «Arsax erməni adı deyildi… Ona görə ki, … burada heç vaxt bir erməni olmamışdır… Arsax Türk mənşəlidir və «Dünyanın qərb hissəsi deməkdir». Arsax Qarabağın Dağlıq və Mil düzünün bir hissəsini əhatə edirdi. Arsax 12 əyalətə bölünürdü. Bunu alban tarixçisi M.Kalankatlı və VII əsr coğrafiyaşünasları da təsdiq edirlər. Onlar da Arsaxın əhalisinin bir mənalı olaraq albanlardan ibarət olduğunu təsdiq edirlər. Arsax I-VI əsrlərdə Albaniya Arşakilərinin, VI-VIII əsrlərdə isə Mehranilərin hakimiyyəti altında olmuşdur. IX əsrdə ərəblər Mehranilərin hakimiyyətinə son qoyaraq Arsaxı – Qarabağı Xilafətin tərkibinə daxil etdilər.

Albaniya dövləti təxminən, tarixi mənbələrdə göstərildiyi kimi e.ə. IV əsrdən eramızın VIII əsrlərində tarix səhnəsində olmuşdu. Deməli, Qarabağ Azərabycan Albaniya dövlətinin ayrılmaz tərkib hissəsi idi və burada məskunlaşan etnoslar – utilər, sovdeylər, qarqarlar, saklar və digər tayfaları yaşayırdılar. Etnoqrafçı alimlər Qarabağın etnik tərkibi haqqında dəyərli tədqiqat əsərləri yazmışlar. Azərbaycan etnoqrafçı alimlərinin heç biri qədim dövrlərdə Qarabağ torpağında bir nəfər də olsun erməni ünsürünün olmasını aşkara çıxara bilməmişdi.  Qarabağın etnik tərkibi haqqında tədqiqatçı – alim Q.Ə.Qeybullayevin dəyərli fikirləri üzərində dayanmaq daha faydalı olardı.

«Etnoqrafçı və toponimçi alimlərin böyük əksəriyyəti Qarabağın etnik tərkibi haqqında məlumat verərkən eramızın təxminən I minilliyində mövcud olmuş etnik vəziyyəti əsas tuturlar. Ona görə ki, Azərbaycan xalqının yaranması və formalaşması prosesi məhz bu minilliyin daxilində başa çatmışdır. Başqa sözlə desək, bu minillikdə yaşamış tayfalar Azərbaycan xalqının soykökünü təşkil edirlər… Eramızın I minilliyində yaşamış və xalqımızın etnogenezində iştirak etmiş tayfaların bəzilərinin kökləri eradan əvvəlki minilliklərdəki etnik birləşmələrlə bağlıdır».

Qarabağın qədim əhalisinin etnik tərkibindən söhbət açarkən, bu sahədə mövcud tarixi şəraiti də mütləq nəzərə almaq lazımdır. Bu sahədə tarixi məlumat demək olar ki, yox dərəcəsindədir. Kür çayından cənubda yaşayan qədim əhali haqqında ilkin tarixi məlumatlar qədim müəlliflərin əsərlərində əks olunmuşdur. «Eramızın I minilliyinə aid mənbələrdə Kürdən cənubdakı ərazidə yalnız alban, sak, qarqar, sovde və uti adları ilə məlum olan tayfalar haqqında məlumat verilir. Qarabağda erkən və orta əsrlərdə türkdilli Aran, Tərtər, Donqar, Peçenek, Hun, Qoros (Xoros), Vərəndə, Tuğ və digər tayfalar yaşamışlar». Məlum olduğu kimi Qarabağda alban tayfalarının müəyyən hissəsi məskunlaşmışlar. Bu şübhəsizdir. Ona görə ki, Qarabağ Albaniya dövlətinin tərkib hissəsi idi. «Dağlıq Qarabağda «Alban» etnosunu əks etdirən toponimlərin indiyə kimi qalması bunu aydın surətdə göstərir». Qarabağın köklü əhalisi türkdilli – qarqarlar, hunlar, qoroslar, peçeneklər, qıpçaklar və xəzərlər idilər. Bütün bunlar göstərir ki, «Arsaxın-Qarabağın yerli əhalisi Qafqazdilli tayfalar və ya da ermənilər olmamışlar. Burada həmişə azərbaycanlıların ulu babaları yaşamışlar.

İndi erməni ünsürləri utanmadan Dağlıq Qarabağın avtoxton, yəni yerli əhali olduqlarını bütün dünyaya bildirmək üçün hər cür alçaqlığa, yalan və iftiralara əl atırlar. Onların bu əməllərini təkzib edən dəlilləri yuxarıda göstərdik. Daha bir tarixi faktı qeyd etmək yerinə düşərdi: – «1727-ci ildə Dağlıq Qarabağın 5 mahalına mənsub kəndlərin tərtib olunmuş siyahısı erməni yalanlarını sübuta yetirən olduqca tutarlı dəlildir. Talış və ya Gülüstan, Xaçın, Çiləbörd, Vərəndə və Dizaq mahallarında yerləşən 196 kənddən yalnız ermənicə izah oluna bilən iki kənd adı var: – Arçazor və Noraşen – «Təzəkənd». Bütün bunlar bir daha sübut edir ki, ermənilər Qarabağa çox-çox sonralar gəlmiş və xristian albanlarla qaynayıb qarışmışlar. Erməni ünsürlərinin Azərbaycan ərazilərinə, o cümlədən də Dağlıq Qarabağa kütləvi surətdə köçürülməsi 1826-1828-ci illər Rus-İran müharibəsi ilə əlaqədardır. Bu müharibəni yekunlaşdıran Türkmənçay sülh müqaviləsi Rusiya imperiyasına geniş siyasi səlahiyətlər verdi. Bundan istifadə edən Rusiya imperiyası özünə siyasi dayaq yaratmaq üçün İran və Osmanlı  Türkiyəsindən erməniləri kütləvi sürətdə Qərbi Azərbaycan ərazisinə, yəni İrəvan xanlığı torpaqlarına və Qarabağa gətirib məskunlaşdırmağa başladı. Bu faktı Rusiya imperiyasının məmurları da təsdiq edirlər. «Türkmənçay» sülh müqaviləsi əsasında 8249 erməni ailəsi Zaqafqaziyaya köçürülüb İrəvan xanlığı ərazisində və QARABAĞ xanlığı ərazilərində yerləşdirildi. Ümumiyyətlə 1828-ci il 10 fevral Türkmənçay sülh müqaviləsindən sonra, dəqiq desək, 1830-cu ilə kimi Rusiya imperiyası Şimali Azərbaycana İrandan 40-50 min,  Osmanlı Türkiyəsindən isə 90 min erməni ailəsini köçürüb yerləşdirdi. Onların böyük əksəriyəti yuxarıda göstərildiyi kimi Azərbaycan torpaqlarında – İrəvan və  Qarabağ xanlıqları ərazilərində yerləşdirildilər.  «1908-ci ildə Zaqafqaziyaya gətirilən ermənilərin sayı 1 300 000 çatmışdı».


Responses

  1. Salam. Mene qedim turkler haqda lazim idi 😦

    • Salam. Sizə qədim türklərlə bağlı hansı məlumat lazım idi?


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: