gulshanalizada tərəfindən göndərildi | İyul 29, 2015

Ağа Mikayıl hamamı

Ağа Mikayıl hamamı

Ağа Mikayıl hamamı

İçərişəhərin tarixi-memarlıq abidəsi olan Ağа Mikayıl hamamı XVIII əsrdə inşa olunub. Uzaq tarixi keçmişimizdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı kimi tanınıb. O zaman Bakı səyyahların diqqət mərkəzində idi. Əslən Şamaxıdan olan Ağа Mikayıl ötən əsrlərdə İçərişəhərdə varlı şəxslərdən biri kimi tanınıb. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Ağа Mikayıl öz vəsaiti hesabına İçəri şəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində, yaşadığı mülkün yaxınlığında İçərişəhər camaatı ilə yanaşı, Bakıya gələn insanların rahatlığı üçün hamam binası tikdirib.

Ağа Mikayıl hamamı iki otaqdan ibarətdir. Üzərində qoşa günbəz olan bu otaqlar səkkizbucaqlı salonun ətrafında cəmləşib. Hamamın xüsusi külxanası-ocaqxanası var. Əvvəllər hamam odun, mazut və neftlə qızdırılardı. Daş döşəmədə vaxtı ilə olan kiçik yarıqlar otaqlara həm də istilik verərdi. Döşəmədən keçən isti buxar sonradan hamamın bacasından bayıra çıxardı. İndi də hamamın romb fiquru formasında tikilən bacası möhkəmliyi ilə diqqəti cəlb edir. Deyilənə görə, burada otaqlar arasında yaranan buxar soyunub-geyinmə salonuna keçə bilməzdi. Hamamın suyunu qızdıran ocaqdan çıxan isti hava isə kanallar vasitəsilə döşəmənin altına buraxılardı. Nəticədə hamamın daxilində istilik təmin edilərdi.

Hətta hamamın döşəməsində buxarın hesabına həddindən artıq isti yarandığından burada xüsusi olaraq taxtadan hazırlanan başmaqlardan istifadə olunardı. Hamamın içərisi günbəzlərdə qoyulan kiçik yarıqlar vasitəsilə işıqlanardı. Həftənin müəyyən günlərində növbə ilə kişilər və qadınlar hamama həm çimmək, həm dincəlmək üçün gələrdi. Onlar özləri ilə evdə xüsusi hazırladıqları hamam boxçasını da gətirərdilər. Qadınların boxçasında təmiz dəsmal, daraq, rüsul, xına, ətirli sabun və kiçik yemək ehtiyatı (xüsusən, qadınlar uşaqları ilə gələndə) olardı. İçərisində su ilə dolu olan hovuz xəzinə adlanardı. Xəzinədən isti və soyuq suyu götürmək üçün mis, saxsı, dəmir qablardan istifadə olunardı. Hamamın daş döşəməsindən təxminən 60 sm hündürlükdə olan səkilərdə paltarları soyunmaq üçün taxçalar-oyuqlar vardı.

İçərişəhərin çoxəsrlik kanalizasiya sistemi kimi, Ağа Mikayıl hamamı da eyni layihə əsasında inşa edilib. Belə ki, ötən əsrin layihəsinə əsasən, hamamda kanalizasiya xətti əvvəlcə dar, sonra geniş yolla əhatələnib. Bu da onunla izah olunur ki, hamamın çirkab suları dar yoldan keçdikdən sonra asanlıqla geniş yola daxil olub, sürətlə axa bilsin. İndi də hamamda nə qədər sudan istifadə etsən belə, çirkab su içəridə qalmayıb kanalizasiya xəttinə daxil olur.

Sevindirici haldır ki, Ağа Mikayıl hamamından bu gün şəhər sakinləri istifadə edə bilir. İçərisində kiçik dəyişikliklər edilsə də, işlək vəziyyətdə olan bu hamamın memarlıq üslubu qorunaraq saxlanılıb.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: