gulshanalizada tərəfindən göndərildi | Yanvar 10, 2018

Dərsdinləmənin Məqsədləri

Dərsdinləmənin Məqsədləri

Dərsdinləmənin Məqsədləri

Dərsdinləmə, müəllimin bir təhsil müəssisəsində şagirdlərlə ünsiyyətini və tədris prosesində fəaliyyətini izləmək və qiymətləndirmək üçün edilən yoxlamadır. Dərsdinləmə müəllimin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar kömək etmə, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişaf etdirilməsi məqsədi daşıyır. Hyman’a görə, dərsdinləmənin altı məqsədi var. 

1. Ətraflı hesabat. Bir müəllimin dərsi dinlənilərkən sinifdə baş verən hadisələr haqqında ətraflı hesabat yazılmalı və bu müəllimlə bölüşülməlidir.  Bu, müəyyən tədris davranışlarını necə həyata keçirəcəyini bilməyən müəllimin diqqətini tədris fəaliyyətinə çəkmək baxımından daha faydalı olar.  Məsələn, müəllimin daim cavab alabiləcəyi şagirdlərə sual verməsi, bu sualların neçə dəfə eyni şagirdə yönləndirilməsi ilə bağlı tutulmuş qeydlərin (audio, video yazı və ya sxem) müəllimlə bölüşülməsi. Əgər dərs dinləyən şəxs (təhsil müfəttişi və məktəb rəhbərliyi) müşahidələrinə əsasən hazırladığı hesabatı müəllimlə bölüşərsə, müəllimin nələr etməsinin gərkdiyi haqqında ciddi addımlar atıla bilər. 

2. Fərqində olmaq. Müəllimin dəyişə bilməsi üçün əsas məsələ fərqinə varmaq səviyyəsinin müəyyənləşdirilməsidir. Müəllimin tədris davranışını dəyişdirmə ehtiyacı hiss etməsi üçün nəyi, nə qədər və necə dəyişdirməsinin fərqində olması lazımdır. Əgər hərəkətlərinin fərqində olarsa, onların səbəbləri və nəticələri haqqında düşünmək fürsəti olacaq. Məsələn, bir çoxumuz kimi müəllimlər də şagirdlərin sual verməsinin tədris prosesində vacib olduğunu bilirlər. Şagirdlərin öyrənməsi, ünvanladıqları suallara müəllim tərəfindən verilən cavablara bağlıdır. Şagirdlərin sual vermələrinin vacib olmasına baxmayaraq bəzi müəllimlər şagirdlərin nə qədər az sual vermələrinin fərqində deyillər. Müəllimlər bu mövzuda bir fərqindəlik qazansalar şagirdləri daha çox sual verməyə təşviq edəcəklər.

Müəllimlər öz dərslərini çox diqqətlə hazırlayırlar və planlaşdırırlar. Amma  buna baxmayaraq, dərs zamanı özlərinin də xəbərdar olmadıqları davranışlar nümayiş etdirirlər bu isə bəzən şagirdlərin məsxərəsinə səbəb olur. Məslən, bəzən şagirdlər bir müəllimin dərsdə neçə dəfə “başa düşdüz?” sualını verdiyini sayıb sonrakı dərslərdə müəllimin bu sualı daha çox və ya daha az verməsinə dair bəhsə girirlər. Belə hallarda, aparılmış dərs müşahidələri ilə müəllimin dərs əsnasındakı fəaliyyətlərinin fərqində olmasını təmin etmək olar.

3. Uyğunsuzluğun müəyyənləşdirilməsi (fərqin anlaşılması). Dərs müşahidəsindəki məqsədlərdən biri də uyğunsuzluq anlayışının inkişaf etdirici vasitə olaraq istifadə edilməsidir. “Uyğunsuzluq” anlayışı bir müəllimin etdiyini və ya etmədiyini düşündüyü bir davranışı ilə həqiqətən edib-etmədiyi arasındakı tutarsızlıqdır. Olan və olması gərəkən arasındakı fərqin yaratdığı narahatçılıq fərdi bu rahatsızlığı, tutarsızlığı aradan qaldıracaq davranışlar etməyə sövq edəcəkdir. Məsələn, xaici dil dərslərində zəruri bünövrə qoyulduqdan sonra, şagirdlərin danışması vacib ikən, bəzi müəllimlər daima danışırlar və çox zaman da şagirdi danışdırdıqlarını düşünürlər. Belə halda, müəllim və şagirdlərin danışma müddəti izlənilir, qeydə alınır və həqiqi vəziyyət müəllimlə bölüşülür.

4. Görüşmədə tramplin rolu. Dərsi dinləyən şəxsin müəllimə “dərsi daha yaradıcı bir şəkildə keçə bilərdin” deməsi yerinə, hansı zaman aralığında, hansı fəaliyyətin edildiyi, konkret məlumatlar təqdim edilərək izah edilməli və nələrin edilmədiyi ifadə edilərək, dərsdə yaradıcılığı artırmaq üçün hansı üsullardan istifadə olunacağı müzakirə edilərək, növbəti dərsin müşahidə edilməsi qərara alınaraq, həm dərsin, həm müəllimin səmərəsi artırıla bilər.

5. Diqqət göstərmək. Dərsdinləmələri eyni zamanda müəllimlərin gördüyü işin vacibliyinin təqdir edilməsinə imkan verir. Dərs dinləyən şəxsin uyğun bir dillə müəllimlə münasibət qurması dərs dinləyənin müəllimə və onun gördüyü işə önəm verdiyini göstərməsi müəllimin özünün və gördüyü işin dəyərini başa düşməsi baxımından olduqca vacibdir. Dərsdinləmələr əslində müəllimlər üçün işlərini nə qədər yaxşı və uğurlu gördüklərini başqalarına göstərmə və özüylə qürur duyma imkanı verir.

6. Vəzifənin həyata keçirilməsi. Dərsdinləmə və müəllimin tədris prosesində fəaliyyətinin qiymətləndirilməsi təhsil müfəttişinin və məktəb rəhbərliyinin əsas vəzifələrindən biridir. Dərs dinləyənin vəzifəsi müəllimi, tədris prosesini müşahidə etmək, vəziyyəti müəllimlə və gərkli hallarda aidiyyatı şəxslərlə bölüşməkdir.

Görüldüyü kimi düzgün aparılmış dərsdinləmələri müəllimlərin öz davranışları üzərində düşünmələrini təmin edəcək, onları inkişaf etməklə bağlı istəkli və həssas olmağa sövq edəcək, ən əsası isə necə dəyişə biləcəklərinə dair yol göstərəcəkdir.

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: