gulshanalizada tərəfindən göndərildi | Yanvar 18, 2018

Dərsdinləmənin Prinsipləri

Dərsdinləmənin Prinsipləri

Dərsdinləmənin Prinsipləri

Dərsdinləmənin prinsipləri bunlardır:

1. Dərsdinləmə, müəllimin qiymətləndirilməsindən çox müəllimin pedaqoji qabiliyyətlərinin analiz və müzakirəsinə əsaslanarsa daha faydalı olar.

2. Dərsin müşahidəsi iki mərhələli proses olub əvvəlcə dərsdə olub bitənlər müəyyənləşdirilir, daha sonra isə olanlara fikirlər bildirilir. 

3. Dərs dinləyənlər daha çox “fikir bildirmə tələsinə” düşürlər. Fikir bildirmə tələsi müəyyən bir fəaliyyəti müəyyənləşdirmədən, o fəaliyyətə dair nəticə çıxarmaqdır. Bir hadisəni müəyyənləşdirilmədən ona dair fikir bildirəndə müəllimin müqavimətiylə qarşılaşılır və ünsiyyət problemi yaranır. Dərsdinləmə bacarıq və təcrübə gərəkdirir. Əgər müşahidə vasitələriniz effektivdirsə fikir bildirməni, müəyyən etmədən fərqləndirə bilərsiz.

4. Dərsdinləmənin üsul və vasitələri müəllim və dərs dinləyənin işbirliyi ilə seçilməlidir. Bununla yanaşı bəzi hallarda, hansı üsul və vasitələrdən istifadə olunmasına müəllim qərar verə bilər.

5. Dərsdinləmənin uğurlu olması üçün “açıqlama” vacibdir. Dərsi dinləyən dərsdinləmədən öncə  müəllimlə görüşməli və aşağıdakı məsələləri müzakirə etməlidir:

a. Dərsdinləmənin olması haqqında şagirdlərin məlumatlandırılması

b. Dərsi dinləyənin sinifdə harda əyləşəcəyi

c. Dərsi dinləyənin şagirdlərə təqdim edilməsi.

6. Müəllim haqqında qərar bir dərsdinləmə əsasında verilməməlidir. Müəllimlərin özünü yaxşı hiss etmədikləri və ya dərsin ab-havasına girə bilmədikləri günlər ola bilər. Bundan əlavə şagirlərin də özlərini yaxşı hiss etməyib qeyri-fəal olduqları günlər ola bilər. Bu məqsədlə fərqli məqamları izləmək üçün birdən çox dərsdinlənilməsi aparılmalıdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: