Aşur məscidi

Aşur məscidi

Aşur məscidi — İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Abidə kiçik ölçülü zirzəmi və üst ibadət salonundan ibarətdir. Bərpa zamanı torpaq altından çıxarılmış torpaq yerləşgəsi tağbənd örtülü, planda uzunsov biçimlidir və yarım dairəvi tağlı iki gözlə bayıra yönəlir.

Planda uzunsov biçimi olan ibadət salonunun (sahəsi 55,0 m) 2 mehrabı var. Salonun oxunda yerləşən əski mehrab zəngin dekorludur. Məscidin interyerində, qapının üstündə 1,10 x 0,38 ölçülü epiqrafik kitabə var. Bu kitabə məscidin pasportudur. Üçsətirlik kitabədən məlum olur ki, məscid (hicri tarixi ilə 567-ci il) 1169-cu ildə Nəccar İbrahim Bakuinin oğlu ustad Aşur tərəfindən inşa edilib. İbadət salonu tağbəndlə örtülmüş, ortada bir tağ qurşağı ilə vizual iki bölümə ayrılmışdır. Salonun ensiz divarında kiçik tağça, mehrabın üstündə kiçik pəncərə gözü var, giriş qapısı şimal-şərq küncdədir.

Aşur məscidi bayırdan sadə prizmatik tutum şəklindədir. Daş hörgü sistemindən onun üst hissəsinin sonralar yenidən tikildiyi hiss olunur. Daha qədim hörgü – məscid divarının alt hissəsi nisbətən iri və müxtəlif ölçülü daşlardan ustalıqla yerinə yetirilmişdir. Divarların üst qatı isə kiçik ölçülü daşlardan bərabər ölçülü hörgü sırasıyla ucaldılmışdır. Məscid içind əmehrab olan cənub divarı ilə İçərişəhərin baş ticarət küçəsinə yönəlir. Baş fasad saya profilli karnizlə tamamlanır. Onun üstündə – baş fasadın simmetriya oxunda sivri biçimli tağvari işlənmiş kiçik bir daş qoyulub, onun tağçası içərisində kufi xəttiylə “Allah” sözü yonulmuşdur. Bakının ən qədim məscidlərindən olan Aşur məscidinin ikiqatlı quruluşu Sınıqqala məscidi və Xıdır məscidi (1301 – ci il) kimi İçərişəhərin enişli relyefinə uyğun yaradılmışdır.

Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən ləzgi camaatının daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. “Aşur məscidi haqqında tarixi arayış” adlı elmi məqalənin müəllifi Kamil İbrahimov faktlara əsaslanaraq bildirir ki, adıçəkilən məscidin “Ləzgi” məscidi olması fikri tamamilə yanlışdır: “Məscidin interyeri və eksteryerində, məscid inşa olunan zaman yerləşdirilən yazılı kitabələrin heç birində “ləzgi” sözü yoxdur. Məscid xalq etimologiyası dilindəki “Ləzgi məscidi” adını XIX əsrin sonu – XX əsrin əvvəlində neft sənayesi inkişaf etməyə başlayan zaman alıb. Belə ki, Dağıstandan gələn və əksəriyyəti ləzgilər olan fəhlələr Bakı sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi həvalə ediblər. Dağıstandan gələn fəhlələrin (ləzgilərin) uzun müddət burada ibadət etmələri, məscidin xalq etimologiyası dilində “ləzgi məscidi” adını almasına səbəb olub”.

Responses

  1. nəsx xətti ilə Quranın 256-cı surəsinin 2-ci ayəsi həkk olunub. 256 surəsi ola bilməz

    • nəsx xətti ilə Quranın 256-cı surəsinin 2-ci ayəsi həkk olunub. Analamadım burada səhv olan nədi?

  2. Qurani-kərimin 114 surəsi var.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: