Heydər Əliyev

Ulu öndər Haydar Aliyev

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər

Ulu bir sərkərdə, ulu bir öndər.

Müəllif: Qabil Ədalət

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhmətiylə dirçəltdi yurdunu, 
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu, 
Ulu bir sərkədə,ulu bir öndər

Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.

Axtarır səni

Müəllif: Həsən Şirinov

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
– Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!

Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!

Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər! 

Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!

 

Dədə Heydər – Atatürk

Müəllif: Xəlil Rza Ulutürk

Azadlıq Allahı tək əyləşib öz yerində,

Yerin-göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir polad çiyində

Kəpəz, Qoşqar boyda yük.

Dədə Heydər – Atatürk!

 

Dərin mavi gözləri sakit yanan od-ocaq,

Alovunda satqınlar yanacaq, kül olacaq.

Qaranlıqda işıqlar – o işığa yol açacaq.

Məsləki varlığımdan böyükdür,

min qat böyük,

Böyüklük heykəlidir

Dədə Heydər – Atatürk!

 

Dörd tərəf qar, sərt qış – o, gülü yazdır,

Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.

Ərzurumdan Xəzərə Şığıyan Xan Arazdır.

Dalğasında dönüklər

ağ köpükdür, boz köpük.

Dalğalanır nəhr tək

Dədə Heydər – Atatürk!

 

Vətən oğlu

Vətən oğlu, ata oldun bizə sən,

Ata kimi qayğımızı çəkirdin.

Şair kimi həssas idin sözə sən,

Danışıqda sözdən sözü çəkirdin.

 

Ölkə olduq sən arzuna çatanda,

Bir əlin od, bir əlin su olurdu.

Millət rahat xumarlanıb yatanda,

Yuxun bir an quş yuxusu olurdu.

 

Yurdumuzda şan-şöhrətli hər nə var

Yatmadığn günlər, aylar, illərdi;

Ziyarətə gəlir səni bu yollar…

Göz yaşımız məzarında güllərdi.

 

Sənin rəmzin Azərbaycan bayrağı,

Baş qoymağa, can verməyə hazırıq.

Dan ulduzum – yurdumuzun mayakı,

Şer də bir təsəllidir, yazırıq.

 

Adın-sanın yenilməz bir ordudu,

İndi odlar diyarının özüsən…

Azərbaycan Heydərlərin yurdudu,

Gələcəyə baxanların gözüsən.

O bizimlədir

Dəyişdi Prezident öz dünyasını

Özü yox olsa da əməlləri qaldı.

Fikri-düşüncəsi iş görür hələ

Əcəl, qarşısında hələ ki, laldır.

 

Qurduğu zavodlar, tikdiyi evlər

Dil açıb yerbəyer “Heydər” dedilər.

Gecəsi nurlanan bizim şəhərə

Daşları nur saçan gövhər dedilər.

 

Metrolar, körpülər onun zəhməti,

Uzanan elbəel onun eşqidir,

Yaxın şəhərlərə, uzaq ellərə

Bu uzun yollarla şöhrəti gedir.

 

Heydərin əlləri bərəkətlidir,

Artır günü-gündən şöhrətimiz də,

Bu gün quş iliyi, axtarsan əyər,

Təmiz ceyran südü tapılar bizdə

 

Dəyişdi Prezident öz dünyasını,

Mərmər abidəsi bağça-bağdadır,

Heydərin idrakı əbədi yaşar

Hələ öyünməli il qabaqdadır.

Heydərdi

İllər, sizi hələ cavan saxlayıb,

Keşiyində durduğunuz  Heydərdi.

Millət üçün gəncliyini hifz edib,

Düşmən bağrı yardığınız Heydərdi.

 

İndiki tək keçən illər gözəldi,

Görürsünüz necə Heydər gözəldi.

Günortanın günü qədər gözəldir,

Ömürdən pay verdiyimiz Heydərdi.

 

Kiçik ölkə bu qüdrətlə genişdi,

Millət üçün qitələrlə döyüşdü.

Nə ömrə qış, nə əhvala qar düşdü,

Yaz seyrinə vardığımız Heydərdi.

 

O yenilməz, hələ cavan bir kişi,

Şax görkəmli, təravətli gülüşü

Şir nərəsi, cavan pələng gərdişi,

Sizdən öndə gördüyümüz Heydərdi.

 

Dinclik bilmir min səhərin eşqinə,

Çağla, şair, nəğmələrin eşqinə.

Hər könüldə hər səfərin eşqinə,

Heykəlini qurduğumuz Heydərdi.

 

Məbədinə diz çökmədi şöhrətin,

Ehramına səcdə qıldı xidmətin.

Sayəsində qədirbilər millətim,

Xoş dövranlar sürdüyümüz Heydərdi.

 

Abidəsi neçə-neçə kənd, şəhər,

Geniş yollar, imarətlər, körpülər.

Kükrəməsin məramı bəd körpələr,

Arxasında durduğumuz Heydərdi.

 

Çox göz qoyub zirvələrdən göylərə,

Çəkdi bizi, çəkdi yerdən göylərə.

İdrakıyla üfüqlərdən göylərə.

Qalxıb, qanad gərdiyimiz Heydərdi.

 

Təmənnam yox, gərək təbi tərpədib,

Bu nəslin hər pələngini vəsf edəm.

Gecə-gündüz qəlbimizdə taledən,

Heydərini sorduğumuz Heydərdi.

 

Nə eşqində, nə qəlbində qorxu var,

Qüdrətində vətən tapıb ilk bahar.

Məhbubələr, gül ismətli xanımlar,

Adına gül dərdiyiniz Heydərdi.

 

Məhəbbətdir, səadətdir əlləri,

Onda vüqar, onda gənclik illəri.

Ondan alıb öpdüyünüz gülləri,

İpək telə hördüyünüz Heydərdi.

 

Mən nə deyim “baba” deyən dillərə?

Hələ çox var o siz deyən illərə.

Heydər ki var, xəbər olsun ellərə,

Gəncliyində gördüyümüz Heydərdi. 

Heydər baba

Müəllif: Zəki İslam

Biz sənə ömür dilədik,

Yaradanın tək özündən.

Məhəmmədin salamından,

Ağrı-acı görməyəsən,

Allah özü uzaq etsin,

Hər bəladan, Heydər baba!

 

Millətimin şah vüqarı,

Ümidisən, diləyisən,

Səni sevən insanların,

Əyilməyən biləyisən.

Adın Heydər kömək olsun,

Ümmətimin ürəyisən.

Tanrı sənə qüdrət verib,

Haqq-taladan, Heydər baba!

 

Xalqa kömək, şəxsiyyətsən,

Sizə səbr, sizə dözüm,

Haqq nəzilər, üzülməz heç,

Sizə qurban iki gözüm.

Ana arxlar qurusa da,

Su gələcək, budur sözüm.

Zəki İslam haqq yolunda,

Ərşəladan, Heydər baba!

 

Heydər atamız

Müəllif: Zəminə Bayramova

Azərbaycan adını,

Azərbaycan xalqını,

Dünyaya tanıtdıran,

Heydər atamız oldu.

 

Sinəndə köz də yansa,

Dilində söz də yansa,

Qarşında  kim dayansa,

Yaşa, ey odlar yurdu.

 

Tanrı sənə yetirib,

Heydər kimi bir oğlu.

Keşiyində dayanıb

Basılmaz, igid ordu.

 

Damarında türk qanı

Axan Heydər özüdür.

Bütün türk dünyasında,

Atatürklə özüdür.

“Onu Zaman seçib”

Müəllif: Fəridə Ləman

Sən ey yaradanım, şükürlər olsun,

Doğdu göylərimdə sönməz bir günəş,

Sevin Azərbaycan, gül Azərbaycan,

Ey vətən bağçası, sən də güllər aç!

 

Onu zaman seçib nə bəxtiyarıq,

Mətin addımlıdır, qartal baxışlı.

İradəsi bütöv, məqsədi aydın,

Tarixdi silinməz onun yaddaşı.

 

Mənim Odlar yurdum – Azərbaycanım,

Heydərə söykənib, Heydər də ona.

O, elə müdrikdir, elə ağıllı,

Bu vətən onunla gələcək cana.

 

Nə xoş müjdə verdin, Allahım bizə,

Yetmişinci illər nə xoş il oldu.

Xalqın taleyidir onun qəlbində,

Onun gəlişiylə ölkəm nur oldu.

 

Məqsədi, məramı Xalqdır, Vətəndir,

Qurduğu dövlətin təməli dağdır.

Mənim Heydər adlı Azərbaycanım,

Yurdumda əkizdir, həmişə vardır.

 

O, Vətən daşıdır köksü bir ocaq,

Alışıb yanacaq hey zaman-zaman.

O, Qorqud atadır, el yiyəsidir,

Onun yollarına çökərmi duman?!

Onu zaman seçib.

 

Güldü, Azərbaycan gülşən, gül oldu,

Sındı köhnəliyin qart tilsimləri.

Heykəllər qoyuldu, məktəblər tikildi,

Bu imiş o mərdin haqq ehsanları.

 

Bərəkət içində üzdü zəmilər,

Bol oldu çörək də, güldü gül üzlər.

Üzüm sahələri min nazü-nemət,

Bəyaz bulud idi pambıqlı düzlər.

 

Torpaq qədəminə mübarək dedi,

Xəzər cuşa gəldi, dağlar baş əydi.

O, elə oğuldu, elə qəhrəman,

Yadlar görən kimi bağrı dəlindi.

 

Yad eldə qalmadı Cavidin qəbri,

Bir qolu Arazdı, bir qolu Kürdü.

O, aqil, vicdanlı əsl vətəndaş,

O, bu vətən üçün incidi, dürdü.

 

Tanıtdı dünyaya Azərbaycanı,

Bayraqlar içində bayrağım qalxdı.

Bir kəlmə sözünə neçə kürsüdən,

Milyonlar baş əyib, ayağa qalxdı.

Onu zaman seçib!

Ümummilli lider Heydər Əliyevin 90 illiyinə

Müəllif: YAP-nın, AMEA GAŞ-nın üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
şair-publisist ELŞAD BARAT

Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,
Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,
Bir ölkəni xilas etmək bir insanın işi deyil,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Gəlişilnə yoxa çıxdı mərmi yağış, balta külək,
Gedişində ağlayırdı yerdə insan, göydə mələk,
Hələ yanan ocaqların istiliyi varsa, demək,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Heydər dedim coşdu qələm, cənnət-məkan oldu sinəm,
Heydər dedim susdu bulud, güldü günəş, doldu sinəm,
Heydər adlı zirvələrə-haqqa gedən yoldu sinəm,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Bu torpağı, bu milləti canından da çox sevirdin,
Ayağını basan yerdə-daş üstündə gül bitirdin,
Özün getdin, öz xalqına özün kimi oğul verdin,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Yer topunun sir boxçası rəngsiz, donsuz göylərdədir,
Xeyir-duan üstümüzdə, ruhun sonsuz göylərdədir,
Göydən gəldin, göyə döndün, yerin onsuz göylərdədir,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

 

 

 

 

Cavablar

  1. salam coxxx sag olun menimde dersin ucun lazim idi

    Bəyən

    • FATİME ELE MENMDE DERSİM UCUN LAZİM İDİ

      Bəyən

    • ÖPÜM ULU TORPAĞINI

      BU ƏYİLMƏZ BAYRAĞINI

      BAŞI QARLI AZƏRBAYCAN

      ŞAH VÜQARLI AZƏRBAYCAN

      MƏNƏ LƏLİDİR QARA DAŞIN

      UCA OLSUN UCA BAŞIN

      DUZ ÇÖRƏKLİ AZƏRBAYCAN

      SAF ÜRƏKLİ AZƏRBAYCAN

      OĞLUN QIZIN SƏNA QURBAN

      QURBAN DÖNƏ DÖNƏ QURBAN

      ALLI-GÜLLÜ AZƏRBAYCAN

      AYLI GÜNLÜ AZƏRBAYCAN

      SƏNƏ NƏĞMƏ YAZA YAZA

      DƏRDİMİ DEDİM ARAZA

      YETƏRİK BİR GÜN MURAZA

      MÖKƏM DAYAN AZƏRBAYCAN

      DALĞALANAR AZƏRBAYCAN

      Bəyən

      • qurban olaram torpaqima….

        tərəfindən bəyənildi 1 şəxs

  2. Men hamsini cox beyendim
    .

    Bəyən

  3. qeseydi

    tərəfindən bəyənildi 1 şəxs

  4. Çox gözəldi

    tərəfindən bəyənildi 1 şəxs

  5. Men kelbecer rayon 13 sayli mektebinin sagirdiyem.Men isdeyerdim ki Azerbaycan Respublikasini Prezidenti Heyder Eliyev sax olardi.Men fexr edirem ki Azerbaycanliyam men isderem ki Heyder Eliyev bu sozu birdaha desin bezen bu sozu televizorda esidirik Heyder Eliyev sax ola ve birdaha deye.
    Yazan:Nahid Abdullazade

    Bəyən

  6. Cox gozel

    tərəfindən bəyənildi 1 şəxs

  7. bir seir var idiye :
    -yuxudan oyatdilar meni qefil yuxudan
    onun adin bilen var

    tərəfindən bəyənildi 1 şəxs

  8. Çox gözəl şeirlərdir çox təsirlidir insanın oxuduqca oxumağı gəlir

    tərəfindən bəyənildi 1 şəxs

  9. Allah rehmet elesin ad gunun mubarek Heyder Eliyev

    tərəfindən bəyənildi 1 şəxs

  10. gozeldi tedbir ucun lazim idi

    tərəfindən bəyənildi 1 şəxs

  11. Yuxarıda yazılanlar həqiqətəndə belədir. Çox sağ olun bunu doğruladığınız üçün. Minətdaram!!!☺😘

    tərəfindən bəyənildi 1 şəxs

  12. Yaxsi seirdir e brat

    tərəfindən bəyənildi 1 şəxs

  13. Biz Baki seheri 245 sayli tam orta mektebin 7e sinifinin sagirdləri Həşimov Əli,Məmmədəliyev Rəfi,Baladadaşov Sənan,Qocayeva Aydan 10.12.2018 tarixində bu seirlərdən müsabiqəyə çıxırığ.Biz bu şeirləri xoşladığ

    Bəyən

  14. Heydər Əliyev çox yaxsi ümumilider idi
    ALLAH rəhmət eləsin

    tərəfindən bəyənildi 1 şəxs

  15. ermənilərə AZƏRBAYCANDAN cavab….

    tərəfindən bəyənildi 1 şəxs

  16. ALLAH HEYDƏR ƏLİYEVƏ RƏHMƏT .ermənilərə lənət eləsin……..

    tərəfindən bəyənildi 1 şəxs

    • Düzdü HEYDER ELİYEVE Allah REHMET elesin düşmenlere lenet

      tərəfindən bəyənildi 1 şəxs

  17. Salam çox gözel şeirlerdi menim dersim üçün lazım idi Çoxsağolun

    tərəfindən bəyənildi 1 şəxs

  18. ALLAH REHMET ELESİN HEYDER ELİYEVİ ÇOX GÖZEL ŞEİRLERDİ

    tərəfindən bəyənildi 1 şəxs

  19. Mən burda ən çox Heydər baba-Atatürk şeirini bəyəndim. Bu şeiri kim yazıb?Burda Türkiyənin başçısı Atatürkdən danışılır?

    tərəfindən bəyənildi 1 şəxs

  20. Ulu Öndər Heydər Əliyev. Kaş sağ olardı. Görsəydi ki biz onu necə sevirik. 😥 😦 😦

    tərəfindən bəyənildi 1 şəxs

  21. Xahiş edirəm şeirləri ingiliscə verin

    tərəfindən bəyənildi 1 şəxs

  22. elə mənimdə dərsimə lazım idi qızlar

    tərəfindən bəyənildi 1 şəxs

  23. Xalqım üçün her şeyi ederem Haladir size ULUbabamiz

    tərəfindən bəyənildi 1 şəxs

  24. Siz bizim herşeyimizsiniz

    tərəfindən bəyənildi 1 şəxs

  25. Siz bizim herşeyimizsiniz

    tərəfindən bəyənildi 1 şəxs

    • Əla

      Bəyən

    • Bunlar gözəl şeirlərdir.yazanlara çox təşəkkür edirem

      tərəfindən bəyənildi 1 şəxs

  26. 1000 dənə şeir var

    Bəyən

  27. 👍 əladır

    tərəfindən bəyənildi 1 şəxs


Jalə üçün bir cavab yazın Cavabı ləğv et